Azərbaycanda peyvənd olunanların SAYI

 12:54 30.03.2021     444

Martın 29-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 28 926 nəfər vaksinasiya olunub. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 536 871 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.