İrandan gətirilən bu məhsul yararsız çıxdı

 18:58 30.03.2021     186

“Fruit-A” MMC tərəfindən İrandan ölkəmizə idxal edilən 495 kiloqram darçın məhsuluna baxış keçirilib.

Redaktor.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Müayinələr nəticəsində məhsul partiyasından götürülən nümunələrin istehlak üçün yararsız olduğu aşkarlanıb.

Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. 1 / 2