Uşaqları koronavirusdan qorumaq üçün BUNLARI EDİN! - HƏKİM MƏSLƏHƏTİ

Payız fəslində əsasən bir çox xəstəliklər baş qaldırır. Hazırda da böyüklər və uşaqlar arasında infeksiyaya yoluxanların sayının çox olduğunun müşahidə edirik.
COVID-19 virusunu tanımazdan öncə bu aylarda uşaqlar daha çox qrip olurdular və buna qarşı müalicə olunurdular. Amma indi vəziyyət başqadır.
Qrip, soyuqdəymə, yoxsa vkaronavirus?
Tanınmış pediatr Tünzalə Səmədova Redaktor.az-a bildirib ki, uşaqlarda demək olar ki, qrip və koronavirusun xüxusiyyətləri eynidir. Qəqiq diaqnoz isə tibb müəssisələrində burundan mazok analizi verməklə öyrənilə bilər:
“Uşaqlar arasında COVID-19-a yoluxanlar var, bunun qarşısını almaq üçün onlar vitamin kompleksi qəbul etməlidirlər. Vitamin dedikdə təkcə dərmanları nəzərdə tutmuram, bura meyvə-tərəvəzlər də daxildir. Valideyinlər uşaqlara bacardıqları qədər çoxlu meyvə- tərəvəz yedirtməlidirlər.
Əgər insanların çox olduğu məkanlara gedirsinizsə, evdən çıxmazdan öncə uşaqların burnuna “Oksalin” mazı çəksinlər. Bu, infeksiyanın uşaqların orqanizminə daxil olmasının qarşısını qismən alacaq. Bundan əlavə, vitamin D qəbul etmək vacibdir, immun sistemin gücləndirilməsində böyük rol oynayır.
Əllər və üz tez-tez maye sabun ilə yuyulsun, dizinfeksiya üçün spirtdən istifadə olunsun. İmkan daxilində insanlar ilə kontaktdan qaçınmaq lazımdır”.
Aysel Hacıyeva / Redaktor.az