Azərbaycanda peyvənd olunanların SAYI

 13:13 31.03.2021     55

Martın 30-da Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 26 573 nəfər vaksinasiya olunub. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 547 541 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.