Tibbi maskalarda dəhşətli xəstəlik yayan qurdlar var? - HƏKİM HƏR ŞEYİ AÇIQLADI... / VİDEO

 12:32 01.04.2021     1143

Bir neçə gündür ki, sosial medianın xarici və yerli seqmentində koronavirusdan qorunmaq üçün taxdığımız tibbi maskalarda nanoqurdların olduğu barədə videogörüntülər yayılıb. Sözügedən görüntülər xeyli müzakirəyə səbəb olub. 

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən tibbi ekspert, professor Adil Qeybulla bildirib ki, sözügedən görüntülər cəfəngiyyatdır:

"“Nano" sözü texnologiyaya aiddir, biologiyaya aidiyyəti yoxdur. Maskalarda qurd yoxdur, bu, yalan söhbətdir. Sosial şəbəkələrdə bunu yayanlar avantüristlərdir. Belə söhbətləri dəfələrlə eşitmişik, “koronavirus yoxdur", "vaksin vurdurmayın, ziyandır" deyirdilər. Bunlar hamısı əsassız, mənasızdır. Bu o deməkdir ki, bunu deyən insanlar nanotexnologiyanın mahiyyətini başa düşmürlər”.

Adil Qeybulla insanları bu cür yalan mövzulara aldanmamağa çağırıb. 

Sözügedən görüntüləri təqdim edirik:

Aysel Hacıyeva / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən