Açıq havada sağlam qalmağa çalışanlar - VİDEO

 18:19 01.04.2021     332

Kiçikdən böyüyə hər kəsin üz tutduğu məkanlardan biri də Dənizkənarı Bulvar ərazisidir. Lakin istirahətlə yanaşı, idman etmək üçün dəniz kənarına gələnlər də az deyil.

Redaktor.az xəbər verir ki, yaşından asılı olmayaraq, idman etmək, günə gümrah başlamaq üçün kimi qaçır, kimi dəniz kənarında, açıq havada quraşdırılan idman alətlərində məşq etməyə çalışır.

Paytaxt sakinləri bildirir ki, son bir ildə koronavirus pandemiyası səbəbindən idman və məşq zallarının bağlanması qərarı açıq havada idman etmək istəyənlərin də sayını artırıb. Təbii ki, açıq havada idman etməyin əhəmiyyəti böyükdür.

Sakinlərin sözlərinə görə, istər idmançıların, istərsə də vətəndaşların sağlam qalması üçün idman zallarının yenidən fəaliyyət göstərməsi önəmlidir.

Ətraflı BAKU.TV-nin süjetini təqdim edirik: