Çin Azərbaycana təmənnasız vaksin verəcək

 15:13 01.04.2021     270

Çin Azərbaycana 150 min doza təmənnasız vaksin verəcək.

Redaktor.az-ın məlumatına görə, bunu Çinin Azərbaycandakı səfiri Qo Min koronavirusa qarşı növbəti partiya vaksinin Çindən Azərbaycana gətirilməsi mərasimində deyib.

Səfir bildirib ki, Çin vaksinləri pandemiyaya qalib gəlməkdə Azərbaycana kömək edəcək: “Ümid edirik ki, Azərbaycan Çin vaksinlərinin köməyi ilə pandemiyaya qalib gələcək”.