Şərab içmək kataraktanın inkişaf riskini azaldır

 23:58 01.04.2021     191

London Universitet Kollecinin oftalmoloqları müəyyən ediblər ki, şərab içmək kataraktanın inkişaf riskini 23 faiz azalda bilər.

Redaktor.az xəbər verir ki, bu barədə “Ophthalmology” jurnalındakı məqalədə deyilir.

Tədqiqatçılar 490 mindən çox insandan qidalanmaları, alkoqol qəbulu və xəstəlikləri haqqında məlumatlar toplayıblar. Məlum olub ki, az və orta dərəcədə alkoqol istehlakı (həftədə 14 vahid - təxminən 10 bokal şərab və ya altı stəkan pivə) kataraktanın inkişaf riskinin azalması ilə korrelyasiya edib.

Ən çox əlaqə qırmızı şərabla bağlı olub: onu istehlak edənlərin katarakta müalicəsi ilə əlaqəli əməliyyata ehtiyacları 23 % daha az olub. Pivə və digər alkoqollu içkilərin təsiri daha az olub.

Hələlik bu təsirin səbəbi məlum deyil. Ancaq iş şərabın tərkibində olan və orqanizmdə qoruyucu rol oynaya biləcək polifenollarda, birləşmələrdə ola bilər. //Report.az