Azərbaycanda ölənlərin sayı artdı - COVID-19

 16:45 03.04.2021     698

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 392 yeni yoluxma faktı qeydə alınıb, 1 063 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 268714 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 240870 nəfər müalicə olunaraq sağalıb, 3648 nəfər vəfat edib, aktiv xəstə sayı 24196 nəfərdir.

Ölkədə son sutka ərzində 15585, hazırkı dövrədək isə 2916745 test aparılıb.

2
Vumart və Güvən reklamı Vumart Güvən