Azərbaycanda peyvənd olunanların SAYI

 17:42 03.04.2021     256

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 35 780 vaksin vurulub.

Bu barədə Redaktor.az-a Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 469, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 311 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 924 813, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 582 463, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 342 350 təşkil edir.