Cəlilabad xəstəxanası karantin xəstəxanasına çevrilib

 21:26 05.04.2021     983

Yeni növ koronavirus infeksiyasına yoluxanların sayının artması ilə əlaqədar olaraq, bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanası karantin xəstəxanasına çevrilib.

Redaktor.az-ın məlumatına görə, müvafiq tapşırığa əsasən 5 aprel 2021-ci il tarixdən Cəlilabad Rayon Mərkəzi Xəstəxanası təkrarən COVID-19-a yoluxan şəxsləri qəbul edəcək.

Artıq xəstəxanada uyğunlaşma prosesi başa çatmaq üzrədir.

Xəstəxanada fəaliyyət göstərən müvafiq şöbələr ətrafdakı tibb ocaqlarına köçürülüb. //Report