COVID-19 əleyhinə peyvənd olunanların SAYI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34,344 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20,459, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13,885 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 982,291, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 611,471, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 370,820 təşkil edir.