Azərbaycanda vaksinasiyadan keçənlərin SAYI

 18:51 08.04.2021     345

Azərbaycanda son sutkada koronavirus əleyhinə 43,698 vaksin vurulub.

Redaktor.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 33,040, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10,658 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1,069,488, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 627,503, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 396,985 təşkil edir.