Yemişanın FAYDALARI

 06:30 09.04.2021     115

Aptekdə hazır satılan yemişan cövhəri sovet dövründən insanların ürək dərmanı kimi tanıdığı dərman bitkisidir.

Bir çoxları onu spirtin ucuz analoqu əvəzinə alıb içir.

Yemişan həqiqətən də ürək, qan-damar sistemi üçün faydalı bir bitkidir.

Redaktor.az xəbər verir ki, onun toxumlarında amiqdalin adlı maddə var ki, o sianitə çevrilir. Ona görə bitkinin toxumlarından istifadə etmək olmaz.

Onun ancaq meyvələrindən istifadə edilir.

Yemişanda antioksidantlar, polifenollar, flavonoidlər, flavanoidlər, antosianidlər var.

Tədqiqatlar göstərib ki, meyvələrindən çay, cövhər, dəmləmə və ya yemişanlı BAD-lar 6-8 həftəlik istifadədən sonra müsbət təsirini göstərir.

Ürək

Qədim Çin, Avropa, Amerikada loğman və həkimlər onunla ürək çatışmazlığı və aterosklerozu müalicə edirdilər.

Alimlər yemişanın ürək-damar sisteminə 4 təsirini göstərir: antioksidant, iltihab əleyhinə, damarların qorunması, lipidlərin səviyyəsinin azalması

Müşahidələr göstərib ki, yemişan qəbul edən insanlarda təngnəfəslik, ürəkdöyünmə, yorğunluq, ürək problemləri azalır.

Yemişan qanda oksid azotun səviyyəsini artırır, qan təzyiqini aşağı salır. Onun digər ürək-damar dərmanları ilə yanaşı qəbul edilməsinin hansısa yan təsirləri görülməmişdir.

Mədə, bağırsaq, qaraciyər

Yemişan qədimdən həzm, mədə-bağırsaq, qəbizliyə qarşı vasitə olub. O liflidir, prebotik kimi təsir edir.

Yemişan ekstaktı bu problemlərdə də effektivdir:

- qidanı həzm sistemindən tez keçirir

- Mədəni qoruyur

- Qaraciyərin piylənməsinin qarşısını alır

- Qəbizliyi aradan qaldırır

Gözəllik mənbəyidir

Tərkibindəki polifenollar sayəsində dərinin struktur və funksiyasına da təsir edir. Onu ultrabənövşəyi şüaların təsirindən, kollagenin itirilməsindən, dərini qocalmaqdan qoruyur. Yemişanla müalicə dərinin epidermisini yaxşılaşdırır. //Medicina.az