Bu gün vaksinasiyadan keçənlərin SAYI

 19:18 16.04.2021     321

Bu gün Azərbaycanda 27 min 542 doz vaksin vurulub.

Redaktor.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 22 min 34 təşkil edib, ikinci mərhələdə isə bu rəqəm 5 min 508 olub.

Ümumilikdə, indiyədək ölkədə 1 milyon 299 min 323 doz vaksin vurulub. Bunlardan 859 min 338-i birinci mərhələ, 439 min 985-i isə ikinci mərhələ vaksinasiyadır.

2