Azərbaycanda bu günə olan yoluxma sayı - COVID-19

 17:15 18.04.2021     524

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 144  yeni yoluxma faktı qeydə alınıb, 1 923 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 300 666 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 264 403 nəfər müalicə olunaraq sağalıb, 4 140 nəfər vəfat edib, 32 123 aktiv xəstə sayı  nəfərdir.

Ölkədə son sutka ərzində 12 184, hazırkı dövrədək isə 3 108 924 test aparılıb.

2