Beyni 10 il tez qocaldan səbəb

 23:55 18.04.2021     81

Depressiya beynin qocalması prosesini sürətləndirir.

Redaktor.az bildirir ki, bu barədə "Yel" Universitetinin alimləri xəbərdar ediblər.

İlkin araşdırmalar göstərib ki, depressiyalı insanlarda beyin 10 il tez qocalmağa başlayır. Belə ki, depressiyalı pasiyentlərdə beynin qocalması prosesi 40, digər insanlarda isə 50 yaşında başlayır.

Tədqiqatçıların fikrincə, bu araşdırmanın nəticəsi kişilərlə müqayisədə depressiyadan iki dəfə artıq əziyyət çəkən qadınlarda qocalıqla əlaqədar əqli zəifliyin inkişafının hansı səbəbdən 3 dəfə çox olmasını anlamağa kömək edir. //Publika.az