Koronavirusu 5 dəqiqədə aşkarlayan TEST

 11:58 20.04.2021     697

Yaponiyanın RIKEN tədqiqat institutu və Tokio Universitetinin tədqiqatçıları COVID-19 infeksiyasını aşkarlayan yeni bir metod hazırlayıblar.

Redaktor.az bildirir ki, bu barədə NHK məlumat yayıb.

Məlumata görə, test zamanı götürülən nümunələr hər kvadrat santimetrə bir milyon girintisi olan şüşə lövhəyə qoyulur. Mikroskopik formalaşdırma texnologiyası ilə hazırlanan şüşə lövhənin girintiləri hər birində ayırıcıları olan mikro test otaqları kimi xidmət edir.

Üzərinə qoyulmuş bir nümunənin COVID-19-a aid (RNT) daşıdığı təsbit edilərsə, həmin test otağından ətrafa işıq yayılır.

Yeni üsulla COVID-19-un olub-olmadığı 5 dəqiqə ərzində bilinir.

Orxan İsmayılov / Redaktor.az