Bakı limanının əməkdaşları peyvənd olunur

 17:45 22.04.2021     319

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin əməkdaşları vaksinasiya olunur.

QSC-dən Redaktor.az-a verilən məlumata görə, bu gündən etibarən "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" ərazisində, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin tibb heyyəti tərəfindən, koronavirus infeksiyasına qarşı kütləvi vaksinasiya işi aparılır.

Beləki, 2 gün ərzində limanda fəaliyyət göstərən 18-40 yaş aralığındakı 400 nəfərə yaxın şəxsin, habelə liman ərazisində fəaliyyət göstərən şirkətlərin 200-ə yaxın əməkdaşının da peyvənd olunması nəzərdə tutulur.

Qeyd edək ki, bu müddətə kimi limanda fəaliyyət göstərən 40 yaşından yuxarı 232 nəfər vaksinasiya olunub. Onlardan 86 nəfəri 40-49 yaş aralığında, 141 nəfəri 50-64 yaş aralığında,5 nəfəri isə 65 yaşından yuxarı olan şəxslərdir.

Qeyd edək ki, qurumun əməkdaşlarının vaksinasiyası könüllü formada həyata keçirilir.