"İnsanlar hər il peyvənd etdirməli olacaqlar" - Özlem Türeci

 07:26 23.04.2021     393

“Pfizer” dərman şirkətinin CEO-su Albert Bourla bir neçə gün əvvəl "CNBC" televiziyasına açıqlaması zamanı vaksinasiyasından keçən şəxslərin ən geci 12 ay içərisində üçüncü doz peyvəndə ehtiyac duyacaqlarını bildirmişdi.

Redaktor.az xəbər verir ki, “Pfizer-BioNTech” şirkətinin həmtəsisçisi Özlem Türeci insanların hər il vaksinasiyadan keçməli olacaqlarını deyib:

"Bundan sonra insanlar hər il mövsümi qriplərə qarşı peyvənd olunduqları kimi, koronavirusa qarşı da vaksinasiya etdirməli olacaqlar". //Axşam.az