Azərbaycanda bu günə olan yoluxma sayı - COVID-19

 17:46 25.04.2021     794

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 245  yeni yoluxma faktı qeydə alınıb, 1 541 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. 

Azərbaycanda indiyədək ümumilikdə 313 006 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 279 179 nəfər müalicə olunaraq sağalıb, 4 371 nəfər vəfat edib, 29 456  aktiv xəstə sayı  nəfərdir.

Ölkədə son sutka ərzində 11 492, hazırkı dövrədək isə 3 189 536 test aparılıb.

2