Bu qida arıqlamağa kömək edir

 01:17 27.04.2021     4349

Yerfındığı qədər əzməsi də sağlamlıq üçün olduqca faydalıdır.

Redaktor.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, yerfındığı əzməsi çəkini azaltmağa da kömək edir.

Bəzi insanlar yerfındığı və digər çərəzlərin əksinə olaraq onları kökəltdiyini düşünür. Buna səbəb sözügedən qidaların insanda toxluq hissi yaratmasıdır. Aparılan tədqiqatlar zamanı fındıq, yerfındığı və badamın insan orqanizimində piylənmə riskini azaltdığı aşkarlanıb. Yerfındığı yüksək protein, yağ və lifli maddələrlə zəngin olduğundan daha çox idmançılar ondan istifadə edir.

Keçmişdə yerfındığı əzməsi sağlamlığa zərərli qida növü kimi qəbul edilirdi. Son zamanlar isə insanda toxluq hissi yaradan və yüksək kalori bəxş edən qida vasitəsi kimi təqdim edilir. 

Ümumiyyətlə, yerfındığı və digər çərəzlər ürək-damar sistemi və müxtəlif növ şəkər xəstəliklərinin qarşısını almaqda əhmiyyətli rola malikdir. Yerfındığı əzməsində yağlar və proteinin yüksək olmasına baxmayaraq, karbohidrat səviyyəsi çox aşağıdır. //Axşam.az