Quru dərilər üçün maska - Hazırlanma qaydası

 03:30 27.04.2021     9372

Ev şəraitində də dərinizə qulluq edə bilərsiniz. Bunun üçün çox bahalı məhsullara ehtiyac yoxdur. Bir çox meyvə və tərəvəzdən dərinizi gözəlləşdirmək üçün müxtəlif maskalar hazırlana bilər.

Redaktor.az quru dərilər üçün qidalandırıcı və nəmləndirici çiyələk maskasını təqdim edir:

Bir ovuc təzə çiyələk əzilib un ilə qarışdırılır. Bir ədəd yumurta sarısı ilə iki yemək qaşığı qatıq çırpılır, krem halına gətirilir. Alınan məhlul 20 dəqiqə dəridə qaldıqdan sonra ilıq su ilə yuyulur.

Qeyd edək ki, çiyələk maskası xüsusilə gözaltlarındakı qırışların azalmasında mühüm rol oynayır. //Axşam.az