Arif Quliyevin səhhəti ilə bağlı SON MƏLUMAT

Koronavirusa (COVID-19) yoluxan Xalq artisti Arif Quliyevin son durumu açıqlanıb.
Redaktor.az-ın məlumatına görə, Xalq artistinin qızı Günel Quliyeva bildirib ki, atasının vəziyyəti ağır olaraq qalır:
“Həkimlər atamın vəziyyətini ağır kimi qiymətləndirirlər. Səhhətində heç bir irəliləyiş yoxdur”.
Qeyd edək ki, bir müddət əvvəl COVID-19-a yoluxan A.Quliyevin ağ ciyərinin 90 faizi zədələndiyi üçün süni tənəffüs aparatına qoşulub.