Azərbaycanda daha 1196 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1196 yeni yoluxma faktı qeydə alınıb, 2162 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 319,109 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 289,460 nəfər müalicə olunaraq sağalıb, 4517 nəfər vəfat edib, aktiv xəstə sayı 25,132 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11,319, ötən müddət ərzində isə ümumilikdə 3,241,186 test aparılıb.
