Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

 19:03 30.04.2021     437

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 16,639 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6328, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10,311 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1,488,218, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 966,132, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 522,086 təşkil edir. 

2