Azərbaycanda peyvənd olunanların SAYI

 17:05 01.05.2021     375

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 16 988 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 391, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 597 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 505 206, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 971 523, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 533 683 təşkil edir.

2