Uşaqlara koronavirus vaksini vurulacaq? - VİDEO

 10:16 03.05.2021     602

"Uşaqlar üçün peyvəndlərin yan təsirləri yoxdur. Peyvənd vurulduqdan sonra 10 faiz uşaqlarda qızdırma müşahidə oluna bilər".

Redaktor.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev deyib.

Onun sözlərinə görə, uşaqlar bu infeksiyanı böyüklərdən daha yüngül keçirirlər:

"Yaxın gələcəkdə pandemiyanın qarşısı alından sonra planlı peyvəndə ehtiyac olacaqsa, təbii ki, uşaq yaşlarından başlanacaq.

Əgər gələcəkdə koronavirusların insanlarla birgə yaşayışı davam edəcəksə, peyvənd təqviminə əlavə koronavirusa qarşı planlı peyvənd tətbiq olunacaq". //Baku.ws

Vumart və Güvən reklamı Vumart Güvən