Vaksinasiyadan keçənlərin sayı AÇIQLANIB

 20:03 03.05.2021     393

Bu gün Azərbaycanda koronavirus əleyhinə 119 vaksin vurulub.

Redaktor.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 95 , ikinci mərhələ üzrə 24 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 1 milyon 517 min 42, birinci mərhələ üzrə vaksin olunanların sayı 975 min 303 , ikinci mərhələ üzrə isə 541 min 739 təşkil edir.