Yaddaşı möhkəmləndirən salat - Hazırlanma qaydası

 01:23 05.05.2021     389

Yaddaşın yaxşı fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri də normal qidalanmaqdır.

Redaktor.az beyin fəaliyyətini gücləndirməyə, yaddaşı yaxşılaşdırmağa kömək edən "Omeqa-3" yağ turşusu və vitaminlərlə zəngin olan salatı təqdim edir.

Tərkibi:

1/2 kiçik ölçülü kələm

2 ədəd iri kök

4 xörək qaşığı qarğıdalı konservi

10 ədəd yaşıl zeytun

2 xörək qaşığı qoz yağı

Limon suyu

Duz

Hazırlanması:

Kələmi nazik-nazik doğrayıb, kökü rəndənin iri gözündən keçirin. Zeytunları nazik halqa şəklində doğradıqdan sonra hamısını eyni qaba yığıb, qarğıdalı konservi, qoz yağı, limon suyu və duz əlavə edib yaxşıca qarışdırın. //Axşam.az