Yüksək təzyiqi salan qidalar

Hipertoniya (yüksək təzyiq) günümüzün əsas problemlərindən birinə çevrilən xəstəliklər arasında ilk sıralarda gəlir. Baş ağrıları, nizamsız ürək döyüntüləri, qulaqlarda uğultu, yorğunluq, burun qanaması xəstəliyin əsas göstəriciləridir. Belə xəstələr yedikləri qidalara xüsusi diqqət yetirməlidirlər.
Redaktor.az yüksək təziqi olan insanların mütləq yeməli olduqları qidaları təqdim edir:
1. Tərəvəzlər - Təzyiq xəstələrinə hər gün yaşıl yarpaqlı tərəvəzlər başda olmaqla, 2-3 kasa fərqli rənglərdəki tərəvəzlərin çiy və ya qaynadılmış halda istifadə olunması tövsiyə olunur .
2. Sarımsaq - Bu qida damarları genişlədərək qanın ürəyə daha sürətlə çatmasını təmin edir.
3. Süd məhsulları - Qatıq, süd, pendir kimi qidaları gündəlik qidalanmanıza əlavə etməyiniz təzyiqinizi normal saxlamaqda köməkçi olacaqdır.
4. Banan - Gün ərzində 1 ədəd yeyilən banan təzyiqi aşağı salır.
5. Zeytun yağı - Güclü antioksidant mənbəyi olan bu yağ da yüksək təzyiqi aşağı salır.
6. Pomidor - Xolestrolu aşağı salır və təzyiqi nizamlayır.
Qeyd edək ki, duzun çox istifadəsi təzyiqin yüksəlməsinə gətirib çıxarır.