Yağlı saçlardan necə xilas olaq? - TƏBİİ MASKA

Qadınları gözəl göstərən amillərdən biri də saçlarıdır. Xanımların əksəriyyəti demək olar ki, yağlı saçlardan əziyyət çəkir.
Redaktor.az evdə təbii üsulla hazırlaya biləcəyiniz maskanı təqdim edir:
Bir yemək qaşığı qarğıdalı nişastası və 3-4 damcı lavanda yağını qarışdırın. Alınan məhlulu saç diblərinə vurun. Beş dəqiqə gözlədikdən sonra fırça ilə saçınızı darayın. Bu üsulla təmiz saçlara qovuşacaqsınız. //Publika.az