Azərbaycanda bu günə olan yoluxma sayı - Koronavirus

 19:13 24.05.2021     281

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 424 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 332,610 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 321,132 nəfər müalicə olunaraq sağalıb, 4867 nəfər vəfat edib. 6611 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5546, bu günə qədər isə ümumilikdə 3,458,790 test icra olunub.