Azərbaycanda peyvənd olunanların sayı AÇIQLANIB

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 115 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 93 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 1,987,084, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1,134,398, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 852,686 təşkil edir.