Peyvənd olunanların sayı 2 milyonu keçib - COVID-19

 16:55 25.05.2021     167

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34287 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 24233, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10054 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2021371, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1158631, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 862740 təşkil edir.

2