Bakıda ən çox yoluxma bu rayonlarda olub

 09:36 27.05.2021     118

Bakıda koronavirus infeksiyasının ən geniş yayıldığı ərazilər məlum olub.

Redaktor.az xəbər verir ki, paytaxt üzrə ən yüksək yoluxma yenə də Binəqədi rayonunda qeydə alınıb.

Bakıda aşkarlanan yoluxma faktlarının 14,6 %-i bu rayonun payına düşür.

Sonrakı yerlərdə 13,4 %-lə Xətai, 12,2 %-lə Yasamal, 11,2 %-lə Sabunçu, 8,2 %-lə Nərimanov və Suraxanı, 7,9 %-lə Nəsimi, 7,2 %-lə Xəzər, 7,1 %-lə Nizami 5 %-lə Səbail, 4,5 %-lə Qaradağ, 0,5 %-lə isə Pirallahı qərarlaşıb.