Boğaz ağrısını aradan qaldıran içkilər

 00:38 31.05.2021     92

İlin istənilən fəslində qripə yoluxmaq riski çox böyükdür. Qrip və soyuqlama nəticəsində orqanizmdə yaranan bakteriyalar kəskin boğaz ağrılarına da səbəb olur. Qaşıntı, şişkinlik və qızarıqlıq kimi narahatlıqlarla başlayan və sonradan kəskin ağrı şəkli alan problem yemək yeməyə, hətta danışmağa da mane olur.

Mütəxəssislər boğaz ağrısından xilas olmaq üçün isti içkilər tövsiyə edir.
Bəs hansı isti içkilər boğaz ağrısını aradan qaldırır?

Redaktor.az bildirir ki, xüsusilə bitki çayları bu problemlə mübarizədə çox təsirlidir.

Adaçayı (şalfey), çobanyastığı çayı boğaz ağrısını qısa zamanda aradan qaldırır.

Bu çaylar orqanizmin mikroorqanizmlərə qarşı müdafiəsini gücləndirir.

Bu iki bitkini bir arada istifadə edə bilərsiniz. 1 stəkan qaynar suya yarım çay qaşığı qurudulmuş çobanyastığı və eyni miqdarda adaçayı əlavə edərək stəkanın ağzını örtün. 5-7 dəqiqə sonra çayı süzərək ilıq halda için.

Qeyd edək ki, boğaz ağrısından xilas olmağın ən yaxşı üsullarından biri də sarımsaq yeməkdir.

Təbii antibiyotik olan sarımsağı süddə saxlayaraq pis qoxudan qurtulmaq olar.