Vaksinasiyadan keçənlərin bu günə olan STATİSTİKASI

 20:35 31.05.2021     110

Bu gün Azərbaycanda koronavirus əleyhinə 407 vaksin vurulub.

Redaktor.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 180, ikinci mərhələ üzrə 227 nəfərdir.

Ölkədə bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2,253,216, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1,352,958, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 900,258 nəfər təşkil edir.