ÜST: Koronavirus ştammları yunan hərfləri ilə adlandırılacaq

 23:24 31.05.2021     391

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu gündən yeni növ koronavirusun (COVID-19) ştammlarının adlandırılmasında yunan əlifbasının hərflərindən istifadə edəcək.

Redaktor.az xəbər verir ki, təşkilat bu gündən etibarən virusun “Böyük Britaniya ştammı”nı Alfa, “Cənubi Afrika ştammı”nı Beta, “Braziliya ştammı”nı Qamma, “Hindistan ştammı”nı isə Delta hərfləri ilə adlandıracaq.

“Heç bir ölkə aşkarladığı və məlumat verdiyi virusla damğalanmamalıdır”, - deyə ÜST rəsmisi Maria Van Kerkhove “Twitter” hesabındakı paylaşımında qeyd edib.

Xatırladaq ki, mayın əvvəlində Hindistan hökuməti də virusun ölkə adı olaraq hallandırılmasını tənqid etmişdi. //APA 

Vumart və Güvən reklamı Vumart Güvən