Azərbaycanda bu günə olan yoluxma sayı - COVID-19

 16:34 02.06.2021     482

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 378 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 288 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 325 418 nəfər müalicə olunaraq sağalıb, 4 926 nəfər vəfat edib, aktiv xəstə sayı 3944 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 834, ötən müddət ərzində isə ümumilikdə 3 532 472 test aparılıb.

2