Paytaxtda təhsil işçilərinin 82 faizi vaksinasiya olunub

 14:21 08.06.2021     280

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq paytaxtdakı təhsil müəssisələrində çalışanların vaksinasiya prosesi həyata keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Redaktor.az-a bildirilib ki, paytaxtda yerləşən ümumi təhsil məktəblərində 10 peyvənd məntəqəsi fəaliyyət göstərir. Hazırkı dövrədək paytaxtdakı təhsil müəssisələrində çalışanların 82 faizi vaksinasiya prosesinə qoşulub.