Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb - FOTO

 21:00 08.06.2021     651

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 39 640 vaksin vurulub.

Redaktor.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 34 555, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 085 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 586 410, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 646 054, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 940 356 təşkil edir.

2