15 ay sonra ilk...

 22:30 11.06.2021     376

 Azərbaycanda bu gün uzun müddət sonra ilk dəfə koronavirusa ölüm faktı qeydə alınmayıb.

Redaktor.az xəbər verir ki, bu, Azərbaycanda ötən ilin martın 12-də koronavirusdan ilk ölüm faktının qeydə alınmasından bəri ən yaxşı nəticədir.

Qeyd edək ki, ölkəmizdə koronavirusun qurbanı olan ilk şəxs İranda müalicə olunduqdan sonra qayıdan Azərbaycan vətəndaşı, 1969-cu il təvəllüdlü qadın olub.

İlk yoluxma isə ötən ilin fevralın 28-də qeydə alınıb.//Qafqazinfo.az