"Yaxın vaxtlarda normal həyata qayıdacağıq" - BAŞ İNFEKSİONİST

 15:30 12.06.2021     262

"Son günlər ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı gündən-günə azalır, aparılan peyvəndləmə prosesi xeyli sürətlənib".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, hazırda ölkədə koronavirusla əlaqədar sanitar-epidemioloji vəziyyət yaxşıdır:

“Bunu aparılan yoluxma saylarında görürük. Dünyanın müxtəlif ölkələrinə nəzər salsaq görərik ki, Azərbaycanda yoluxma sayının 100 civarında olması, bəzən isə ikirəqəmli ədədlərə düşməsi ondan xəbər verir ki, proses nəzarət altındadır. Bunu nəzərə alan Nazirlər Kabineti yanında Operativ Qərargah iki həftə əvvəl bir sıra məhdudiyyətlərin yumşaldılması barədə qərar verdi. Proses belə davam etsə, digər məhdudiyyətlərin də yumşaldılması tətbiq olunacaq və yaxın vaxtlarda normal həyata qayıda biləcəyik”. //Axar.az