Yarasalarda 24 yeni koronavirus növü aşkarlanıb - ÇİN

 19:30 12.06.2021     439

Çinin Şandonq Universitetinin alimləri koronovirus növlərinin öyrənilməsi məqsədilə yarasalar üzərində tətqiqat aparıblar.

Redaktor.az məlumat verir ki, 2019-cu ilin may - 2020-ci ilin noyabr aylarını əhatə edən araşdırmalar zamanı müxtəlif yarasa növləri tədqiq olunub. Vəhşi heyvanların bioloji nümunələrində 24 yeni COVID genomu üzə çıxarılıb. Onların dördünün SARS və COVID-19-a bənzədiyi bildirlib.

Qeyd edək ki, yarasalardakı sözügedən viruslar, adətən “beta koronaviruslar” olaraq mövcudluğunu davam etdirir. Lakin müəyyən şərtlər altında onlar mutasiyaya uğrayaraq digər heyvanlara, hətta insanlara da keçə bilir. //Oxu.az