Koronavirusun əsas simptomları yoxa çıxıb

 13:00 13.06.2021     446

İndiyə kimi kornavirusun bir çox simptomları ortaya çıxıb və zaman keçdikcə bu sıraya yeni əlamətlər əlavə olunur.

Redaktor.az xəbər verir ki, ingiltərəli həkimlərin apardığı yeni araşdırmalara görə, koronavirusa yoluxan yeni xəstələrdə infeksiyanın əsas simptomları yoxa çıxıb.

Yoluxanların əksəriyyətində öskürək, iy və dadbilmə müşahidə olunmur. İnfeksiyanı daşıyanlar koronovirusu adi mövsüm qripi kimi keçirir. Onlarda yalnız baş ağrısı, əzələ ağrısı və burun tutulması kimi simptomlara rast gəlinir.

Qeyd edək ki, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin açıqlamasına görə, Covid-19-un göstəricisi sayılan əlamətlər hərarət, öskürək, təngnəfəslik, nəfəs almada çətinlik, üşütmə, titrətmə, əzələ ağrısı, baş ağrısı, boğaz ağrısı, iy və dadbilmənin itməsi idi. //Axşam.az