"COVİD-19 gələn qışa qədər mövsümi xəstəliyə çevriləcək" -ALMAN ALİM

 03:02 15.06.2021     205

Almaniyalı mütəxəssislərin fikrincə koronavirus pandemiya halını itirərək mövsümi xəstəlik halını alacaq.

Redaktor.az xəbər verir ki, Berlindəki Universitet Xəstəxanası "Charité"nin Virologiya müdiri Christian Drosten qış aylarında yoluxma sayının daha da artacağını deyib:

"Yaydan sonra koronavirusa yoluxanların sayı daha da artacaq. Amma vaksinlərlə bu hal nəzarət altına alınacaq. Hazırda biz keçiş dönəmindəyik. İrəlidəki hədəf yetişkinlərin 80 faizinin vaksinasiya olunmasıdır. Düşünürəm ki, avqust, sentyabr ayına qədər Almaniyadakı əhalinin 80 faizi vaksinasiya olunacaq".

Digər tərəfdən Drosten qarşımızdakı aylarda uşaqların da vaksinasiya olunacağını bildirib.//medicina.az