Peyvənd olunanların sayı AÇIQLANIB

 16:47 15.06.2021     232

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 40705 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31850, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8855 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2816346, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1842954, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 973392 təşkil edir.