Koronavirusdan daha təhlükəli virus yayılır... - AZƏRBAYCANDA DA VAR?

 14:24 21.06.2021     643

Artıq dünyanın 53 ölkəsində, eləcə də qonşu Türkiyədə  "Delta" adlanan yeni virusa yoluxan insanlar aşkarlanıb.

Bəs, sürrətlə yayılan virusa Azərbaycanda da yoluxan varmı, əlamətləri necədir?

Tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə Redaktor.az-a bildirib ki, sözügedən virus Azərbaycanda da yayıla bilər:

“Sözügedən virusa başqa ölkələrdə rast gəlinib, artıq bizə də gəlib çıxma şansı var. COVID-19-dan fərqlənən hər hansı bir xüsusiyyəti yoxdur. Eyni xəstəliyin sadəcə ayrı formasıdır. COVID-19-da hansı qorunmaq tədbirləri görülürsə, bunda da onlara riayət etmək lazımdır. Koronavirusda olduğu kimi eyni simptomlarla qarşılaşır insanlar. Sadəcə malekulyar genetik üsulla seçmək olur ki, bu  hansı virusun mutasiyaya uğramış növüdür”.

Epidemyoloq, TƏBİB-in Şöbə müdiri Yaqut Qarayeva isə bildirib ki, bütün viruslar mutasiya olur, necə ki bundan öncə Britaniya ştammı, Cənubi Afrika ştammı ortalığa çıxmışdı, irəliyən zamanda da müxtəlif ştammların ortaya çıxması təbii haldır:

"Virusdan qorunmaq mövzusunda isə bunu qeyd edim ki, yeni ştammın xüsusi qorunma üsulu yoxdur. Qaydalar digərləri ilə eynidir, necə ki, bundan öncə tibbi maskadan istifadə edirdik, gigiyenanı nəzarətdə saxlayırdıq və fiziki məsafəni tövsiyyə etmişdik. Yeni virusdan da qorunmaq üçün birinci növbədə biz vaksinasiyanı tövsiyyə edirik.

Ölkəmizdə sekvenləşdirmə prosesləri aparılır, virusun genetik araşdırma imkanlarımız var. Necə ki, Britaniya ştammı aşkarlandığı zaman biz bu barədə ictimaiyyətə açıqlama vermişdik yeni ştammlar olduğu zaman da məlumat verəcəyik”, -deyərək Yaqut Qarayeva əlavə edib. 

Aysel Hacıyeva / Redaktor.az