Qışda qripdən milyonlarla insan ölə bilər - SƏRT KARANTİN və SOSİAL MƏSAFƏ...

 13:05 22.06.2021     396

İngiltərəli professor Entoni Harnden qrip epidemiyası barədə xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.

Mütəxəssis qarşıdakı qışın çox təhlükəli olacağını və qripin koronavirusdan daha çox ölümə səbəb ola biləcəyini deyib. 

Karantin və sosial məsafə qaydaların mühüm olduğunu bildirən professor, tənəffüs yolu ilə keçən virusların qarşısını almağın çox çətin olduğunu vurğulayıb.

"Bu, əhalinin böyük bir hissəsini qrip epidemiyasına qarşı həssas edə bilər", - deyə Harnden qeyd edib.

Orxan İsmayılov / Redaktor.az